Menu

"Uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır" - Deputat

21.05.2024, 12:37
"Uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır" - Deputat

Təcrübəsi və informasiyası az olan, düşünmə qabiliyyəti o qədər də güclü olmayan uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır. Bu kimi hallara qarşı nəzarət tədbirləri olmalıdır.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı parlamentin mayın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün hələ də ölkədə erkən nikah, zorakılıq, dilənçilik, xüsusilə də uşaqların məcburi əməyə cəlb olunması faktları az deyil:

“Bu kimi hallara qarşı mübarizədə cinayət təqibi ilə yanaşı, geniş maarifləndirmə işlərinə də ehtiyac var. Azərbaycanda insan alveri ilə bağlı qanunvericilik bazası mükəmməl olsa da, onların icrası ilə əlaqəli nəzarət mexanizmi gücləndirilməli, mütəmadi monitorinqlər təşkil olunmalıdır. Bu gün virtual internet problemi hər kəsi narahat edir”.

Şərhlər

Watchman 2024-05-21 14:48:41

Uşaqlara qarşı əksər analar tərəfindən fiziki və mənəvi zorakılıq halları artır. Əsl problem budur!

Seymur 2024-05-21 13:13:33

Seçki yaxınlaşır deyə Aliyə xanım nəhayət ki, 4 illik qəflət yuxusundan ayıldı... Sabahın xiyar Aliyə xanım. ( Deputat döyül e od-yalodu, od-yalo

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol