Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov açıqlamaları ilə müzakirələrə səbəb olub.
İTV-də yayımlanan “Persona” verilişində qonaq olan qrossmeyster qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib.
O, “bacılarınızla rəqabətə çox gedirdiniz?” sualına belə cavab verib: “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.


Şərhlər
Şəhriyar bəyə cəsarətli sözlərə görə təşəkkür! Qadınlara kor-koranə bu qədər hüquqların verildiyi bir ölkədə indi tək-tük insanlar belə cıxışlar edir. Beyinləri feminizmlə qıcqırmış olanlar səslərini başlarına atırlar.
Yaradılış belədir,