Menu

Ermənistan Metsamor AES-in ömrünü uzatmağağa çalışır

21.05.2024, 15:56
Ermənistan Metsamor AES-in ömrünü uzatmağağa çalışır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi ilə görüşərək Metsamor Atom Elektrik Stansiyasının (AES) gələcək təhlükəsiz və etibarlı istismarı məsələlərini müzakirə edib.

Bu barədə Ermənistan mətbuatı məlumatı yayıb.

1976-cı ildə istismara verilən Metsamor AES Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təmin edir.

Mirzoyan qeyd edib ki, ölkəsi nüvə enerjisinin əhəmiyyətindən və milli prioritetlərdən çıxış edərək AES-in ömrünün 2036-cı ilə qədər uzadılması üçün lazımi tədbirlər görüb.

Mirzoyan ilə Qrossi energetika, səhiyyə, xüsusilə onkologiya və radiasiya təbabəti sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan uzun illərdir ki, Metsamor (Ermənistan) AES-in region üçün təhlükə yaratdığını bəyan edir. 2023-cü ilin oktyabrında Türkiyə parlamentinin petisiya komitəsinə bu ölkənin sərhədindən 16 kilometr aralıda yerləşən Metsamor AES-in bağlanması ilə bağlı tədbirlər görülməsi üçün vətəndaşlardan müraciət daxil olduğu açıqlanıb. Ərizənin müəllifləri stansiyanın istismar müddətinin başa çatması səbəbindən təhlükəli ola biləcəyindən narahat olduqlarını bildiriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol