Menu

Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi - VİDEO

21.05.2024, 16:28
Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi - VİDEO

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru işdən azad edilib.

Bununla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb: "Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib".

Qeyd edək ki, Ağstafanın Yenigün kənd orta məktəbinin kollektivi təhsil ocağının direktorundan narazı olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, dörd ildir məktəbə rəhbərlik edən Tamella Bayramova məktəbi diskotekaya çevirib, şagirdlərlə və müəllimlərlə çox kobud rəftar edib.

Şərhlər

Adam 2024-05-21 18:16:41

Azərbaycanın ən böyük bəlası budur. Araşdırma aparmadan, düzgün qiymətləndirilmədən, tələm-tələsik, haqqınsa sayta adı hallanan işçini işdən azad etmək. Bu direktor barədə məlumat dünən yayılıb. Hansı sürətlə ETN -nin komissiyası bu kəndə çatdı, məsələni araşdırdı və s? Bəlkə, yalan deyir camaat? Bur araşdırın, sonra işdən azad edin. Hüquqi dövlətdə belə olmalıdır. Eyni vəziyyət səhiyyədədə hökm sürür. Xəstə bir kəlmə həkimin, tibb bacısının adını ucadan çəksə, hansısa əlaltı tulalar kimisə bəyənməsə, direktorlar, derhal "öz xahişi ilə" ərizə yazdırır, əmək müqaviləsinə xitam verir. İndiki prinsiplər belədir.

Roma 2024-05-21 17:44:20

Bu direktor yox, necə deyərlər ağlı-kamalı yerində olmayan birisidir. Yəqin ki, bunun təyinatında maddi maraqlar rol oynamışdır, belə olmasaydı bunu təyin edəndə bir sorğu-sual aparıb, bu vəzifəyə yararlığını müəyyən etmək nə dərəcədə çətin işdir ki???...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol