“Bu gün Milli Məclisin 42 deputatı yaz sessiyasından sonra iclasların keçirilməsi ilə bağlı müraciətə imza atıb”.
Bunu “AzPolitika”-ya açıqlamasında millət vəkili Pərvin Kərimzadə bildirib. Onun sözlərinə görə, bu, hər il təkrarlanan təcrübədir: “Parlamentin yaz sessiyası mayın 31-də başa çatır. Amma həmin tarixə qədər gündəlikdə olan məsələlərin müzakirəsinə yetərli qədər vaxt yoxdur. Qanuna görə, azı 42 millət vəkili Milli Məclis rəhbərliyinə müraciət edərək iyun ayında bir neçə iclasın keçirilməsini təklif edir. Beləliklə, deputatlar növbəti ayda da işləyəcəklər”.
Növbəti parlament seçkilərinin nə zaman keçiriləcəyi barədə suala gəldikdə isə, P.Kərimzadə bununla bağlı hər hansı məlumata malik olmadığını bildirdi.
“AzPolitika.info”


Şərhlər
Yenə təyin etmə mərasimi olacaq. Milləti vecinə alan yoxdur. Ancaq bir son olacaq. Millət dirənib bir gün soruşacaq. Onda heç də yaxşı olmayacaq
axir ki pervinin de sesini eshitdik. Amma evvel ozunu teqdim etmeli idi ki, o kimdir.Sag ol bir deputat kimi xalqin problemini ishiqlandirdin.Ehsen.