Menu

Biləsuvarda 7 yaşlı uşaq qəflətən vəfat edib

21.05.2024, 19:58
Biləsuvarda 7 yaşlı uşaq qəflətən vəfat edib

Biləsuvarda azyaşlı qəflətən vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 2017-ci il təvəllüdlü X. E. babasının evində dünyasını dəyişib.

Azyaşlının meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, azyaşlı Bakı şəhərindən Biləsuvara, babasıgilə qonaq gəlib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol