Menu

Dünya çempionu Hidayət Heydərov vətənə qayıdıb

22.05.2024, 00:53
Dünya çempionu Hidayət Heydərov vətənə qayıdıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov vətənə qayıdıb.

“Report” xəbər verir ki, cüdoçunu daşıyan təyyarə saat 00:06-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

İdmançını hava limanında gənclər və idman naziri Fərid Qayıbov, habelə idman xadimləri, jurnalistlər və cüdo həvəskarları qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Mayın 20-də Hidayət Heydərov (73 kq) dünya çempionu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol