Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib.
Bu barədə Norveç Baş naziri Yonas Qar Störe bildirib. O, qərarın mayın 28-də qüvvəyə minəcəyini açıqlayıb.
Skandinaviya ölkəsi Fələstini tanıyan onuncu Aİ üzvü oldu. Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya bunu hələ 1988-ci ildə, birliyə qoşulmazdan əvvəl etmişdilər. İsveç isə Fələstini 2014-cü ildə tanıyıb.
"Politico" nəşri qeyd edir ki, İspaniya, İrlandiya və "başqa bir ölkə" də çərşənbə günü Fələstini tanıyan bəyanat yaymaq niyyətindədir.


Şərhlər