Menu

SABİQ TABOR KOMANDİRİ HƏBS EDİLDİ - Rüşvət almaqda təqsirləndirilir

22.05.2024, 13:15
SABİQ TABOR KOMANDİRİ HƏBS EDİLDİ - Rüşvət almaqda təqsirləndirilir

Müdafiə Nazirliyinin hərbi-hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyev həbs edilib.

APA xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən, istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Hökmdə, həmçinin ittiham olunduğu mənimsəmə epizodu üzrə ona cəza təyin edilməyib. Həmin hissə hökmdən xaric edilib.

Qeyd edək ki, Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.

Şərhlər

mayor Mamedov 2024-05-22 14:42:58

Kim deyə bilər,bu illər ərzində Müdafiə Nazirliyində yığılan rüşvətdən,büdcədən yeyilən pullardan Nazirə və Nəcməddinə nə qədər çatıb?Axı orada da rüşvər və yeyilən pullar faizlə bölünür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol