Rusiya Qətərin vasitəçiliyi ilə 6 uşağı Ukrayna tərəfinə təhvil verib.
“AzPolitika” xəbər verir ki, Rusiyanın “TASS” agentliyi bununla bağlı məlumat yayıb.
Qeyd olunur ki, təhvil-təslim proseduru Qətərin Moskvadakı səfirliyində baş tutub.
Qaytarılan uşaqlar qrupu iki qardaş da daxil olmaqla 6-17 yaş arası altı oğlandan ibarətdir.
Xatırladaq ki, Haaqa Məhkəməsi Vladimir Putini və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanı məhz ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyası ilə əlaqədar axtarışa verib.
“AzPolitika.info”


Şərhlər