Menu

Lənkəranda avtomobil qadını vuraraq öldürüb

23.05.2024, 00:37
Lənkəranda avtomobil qadını vuraraq öldürüb

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barəd Cənub bürosuna hadisə şahidləri bildiriblər.

Məlumata görə, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Belə ki, “VAZ-2106" markalı minik avtomobili 35-40 yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub.

Ağır xəsarətlər alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol