Menu

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

23.05.2024, 01:13
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 23-də dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol