Menu

Ərdoğan Sərvərə mükafatını təqdim etdi - FOTO

23.05.2024, 11:40
Ərdoğan Sərvərə mükafatını təqdim etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən azərbaycanlı Sərvər Bəşirliyə mükafatını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Azərbaycandakı Səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir “X” sosial şəbəkə hesabında paylaşıb.

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra maşınına yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi”, - paylaşımda qeyd olunub.

Şərhlər

ƏNHU 2024-05-23 21:30:09

Biz, yalandan üzünü-yaxasını cırıb arada-ortada şivən qoparan çox saxtakar simalar görmüşük və görməkdə də davam edirik. Ancaq nə bu oğlanın özünün, nə də nənəsinin hərəkət və davranışlarında zərrə qədər də olsun saxtakarlıq yox idi.Onların yardımı həqiqi can yanğısından irəli gəlirdi.İçində heç bir riya olmadığına görə tarixin təmiz səhifəsinə düşdü.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol