Menu

“Bu qədər borclanmaya getmək olmaz...” – Vahid Əhmədov irad bildirdi, nazir cavab verdi

23.05.2024, 15:29
“Bu qədər borclanmaya getmək olmaz...” – Vahid Əhmədov irad bildirdi, nazir cavab verdi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı daxili borclanma məsələsinə toxunulub.

“AzPolitika” xəbər verir ki, deputat Vahid Əhmədov Maliyyə Nazirliyini daxili borclanma məsələsinə yenidən baxmağa çağırıb: "Bu qədər daxili borclanmaya getmək olmaz. Manatın məzənnəsi, pul kütləsi ilə bağlı hələ ki, problem yoxdur. Ancaq nə vaxtsa problem olsa, onda daxili dövlət borclanması ölkəyə çətinlik yaradacaq. Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır".

Qeyd edilib ki, bu il aprelin 1-nə daxili dövlət borcu 16 milyard 415,8 milyon manat təşkil edib. Ötən il daxili borclanma ilə bağlı limit 1,8 milyard manat müəyyən edilib və bunun 1,7 milyard manatı istifadə olunub.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov deputat Vahid Əhmədovun dediklərinə münasibət bildirərək, məsələyə aydınlıq gətirib. Nazirin dediklərindən aydın olub ki, daxili borclanma Beynəlxalq Bankın sağlamlaşdırılması ilə bağlıdır və onun məbləği büdcəyə ciddi təhlükə yaratmır: "Vaxtilə dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC sağlamlaşdırılanda "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı onun toksik aktivlərini alıb, daha sonra isə Azərbaycan Mərkəzi Bankından (AMB) kredit cəlb edib. Biz toksik aktivləri balans qiymətinə uyğun almışdıq. İndi onları bazar qiymətinə uyğun qaytarırıq və nəticədə borc yaranır. Biz də bu borcu daxili dövlət borcunun təkibinə daxil etdik. Odur ki, daxili dövlət borcu çox görünür. AMB-dən aşağı faizlə uzunmüddətli kredit götürmüşük. Bu səbəbdən bu öhdəliklər büdcəyə böyük problem yaratmayacaq. Bundan başqa, dövlət qiymətli kağızlarının ümumi dəyəri 7 milyard manata çatıb. Onlar maliyə bazarları üçün mühüm, ən yüksək investisiya alətidir. Vətəndaşlarmızı da bu alətlərə yatırım etməyə çağırırıq. Bizim daxili və xarici borcumuz hazırda ÜDM-in 23 %-dən azdır. Hesab edrəm ki, biz kifayət qədər mühafizəkar siyasət aparırıq".

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

patriot 2024-05-23 13:05:05

sənə deyirlər - atdan düş , düş dəəəə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol