Menu

Ukrayna “ATACMS”-la “S-400”-ü vurdu – FOTO

23.05.2024, 23:46
Ukrayna “ATACMS”-la “S-400”-ü vurdu – FOTO

Ukrayna ordusu Donetsk vilayətində Rusiya hava hücumundan müdafiə qüvvələrinin mövqelərinə uğurlu zərbələr endirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna və Rusiya “telegram” kanalları məlumat verib.

Məlum olub ki, dünən günortadan sonra Donetsk vilayətinin işğal olunmuş hissəsində yerləşən Mospino aerodromunun ərazisindəki mövqelərə uğurlu zərbə endirilib. Hücumda beş ATACMS ballistik raketindən istifadə edilib.

Hücum nəticəsində S-300/400 zenit-raket komplekslərinin iki buraxılış qurğusu, idarəetmə mərkəzi və radar stansiyası məhv edilib. Daha bir S-300/400 raket buraxılış qurğusu da zədələnib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol