Menu

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

24.05.2024, 00:11
İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

İran Silahlı Qüvvələrinin Baş Qərargahı göyərtəsində İran Prezidenti Seyid İbrahim Rəisinin də olduğu təyyarə qəzası ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qəzaya uğrayan helikopterin gövdəsində güllə izlərinə rast gəlinməyib.

Vurğulanıb ki, helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib və qəza yerini İrana məxsus PUA aşkarlayıb.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin hamısı helikopter qəzasında həlak olub.

Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.

Şərhlər

ƏNHU 2024-05-24 19:22:21

Min ildir ki, türk barmağının beşini də bal edib farsın xirtdəuinə soxur, fars yenə deyir ki, zəhərdir ki, zəhərdir. Bizə də ki, xeyri yoxdur. Min ildir hələ dərsimizi alıb qurtarmamışıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol