Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər.
Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə bu il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.
Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.
Azərbaycan və Ermənistan arasında sərhəddə mayın 15-də Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Bu bir daha sübut edir ki, Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək.

Şərhlər
Azərbaycan xalqını, onun Silahlı Qüvvələrini səmimi qəlbdən təbrik edirəm. Bu tədbir 44 günlük müharibəyə bərabər tədbirdir. Ola bilər ki, buna savadım çatmasın. Səhv etmirəmsə İlyas Əfəndiyevin əsəri əsasında Azərbaycanfilmin çəkdiyi fiımdə bir epizod var. Bəy deyir, əgər su gəlib səni aparırsa buna sel de. Bu (Allahın da bu məxluqlardan xəbəri yoxdur) namərd qonşularımız dərk eləmirlər ki, Azərbaycan 1991-1992-ci ilin Azərbaycanı deyil, Əzrayılla çiling-ağac oynamaq dövrü deyil. Elə bil ki, Allah bunların olmayan ağıllarını əllərindən alıb. Ötən əsrin 20-ci, 30-cu illərində mənim babalarım onlara yaxşı dərs veriblər. Görün iş nə yerə çatıb ki, işğal etdikləri ərazilərə erməni adları veriblər. 1992-ci ildən Başkənd (Artsvaşen) bizim nəzarətimizdədir, biz bu kəndə azərbaycan adı verməmişik. Heç olmasa içlərinə bir şey qoysunlar. Belə qənaətə gəlmişəm ki, növbəti addımımız onlara vaxtı ilə verilmiş 19.000 kvadrat ərazimizi geri tələb etməliyik. Beynəlxalq aləm də bizə irad tuta bilməz. Bu hizim halal torpaqlarımızdır. İstəsələr də istəməsələr də 200.000 soydaşlarımızın vaxtı ilə qovulduqları ərazilərə qaytarılması məsələsini gündəmə gətirməliyik, necə deyətlər step by step.