Macarıstanın Baş naziri Viktor Orban NATO-nun Ukrayna ilə bağlı qərarlarına qoşulmaq istəmir və bunun üçün ölkəyə xüsusi status verilməsini tələb edir.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, V.Orban Macarıstanın NATO-nun Ukraynaya dəstəyini artırmaq prosesində iştirakını istəmədiyini bəyan edərək, ölkəsinin NATO-ya üzvlük statusunu “yenidən nəzərdən keçirməyə” çalışır.
Dövlət radiosuna müsahibəsində Orban bildirib ki, Macarıstan hərbi rəsmiləri və hüquqşünasları artıq Macarıstanı digər NATO üzvlərindən fərqləndirəcək yeni konsepsiya hazırlamaq üzərində işləyirlər.
"Hüquqşünaslarımız və zabitlərimiz Macarıstanın NATO-ya üzvlüyünü NATO ərazisindən kənarda NATO fəaliyyətlərində iştirak etmək məcburiyyətində qalmayacaq şəkildə necə qoruya biləcəyini müəyyənləşdirmək üçün çox çalışırlar", - Orban deyib.
Macarıstan narahatdır ki, NATO üzvü olmayan Ukraynaya maliyyə və silah tədarükü sonda daha çox hərbi müdaxiləyə, hətta ola bilsin ki, qoşun göndərilməsinə gətirib çıxara bilər.
Orban vurğulayıb ki, ölkəsi bəzi NATO üzvlərinin Rusiyanın Ukraynadan sonra alyansın şərq cinahını işğal edəcəyi ilə bağlı qiymətləndirməsi ilə razı deyil. O, əmindir ki, hazırkı müharibəyə “iki slavyan ölkəsi” arasında müharibə kimi baxmaq lazımdır.
“AzPolitika.info”


Şərhlər