Dünən Ukrayna Silahlı Qüvvələri Donetsk vilayəti ərazisində uzqmənzilli ATACMS raketləri ilə Rusiya ordusunun S-400 Zenit Raket Kompleksinin (ZRK) qurğusunu məhv edib.
“AzPolitika" xəbər verir ki, ardıcıl dəqiq zərbələr nəticəsində ZRK-ya məxsus radar stansiyası və iki buraxılış qurğusu vurulub. Yayılan videgörüntülərdə S-400-ün özünü ATACMS raketlərindən müdafiə etməyə çalışdığı, amma buna nail ola bilmədiyi görünür.
Siyasi təhlilçi Şahin Cəfərli təəssüflə bildirir ki, Bayden hökuməti bu raketlərin və digər silahların Ukraynaya çatdırılmasını uzun müddət ləngitməklə Rusiyanın cəbhədə dönüş yaratmasına kömək etmiş oldu.
“Görünən odur ki, Bayden administrasiyasının bir qanadı Ukraynanı çıxılmaz vəziyyətə salıb, masaya əyləşdirmək və atəşkəs imzalatmaq istəyirdi. Lakin Rusiyanın ötən ilin oktyabrından 600 minlik ordu ilə bütün cəbhə boyu hücuma keçməsinə baxmayaraq, Ukrayna ordusu məhdud imkanlarla dirəndi və cəbhənin yarılmasına imkan vermədi. Nəticədə ABŞ yardımları bərpa etməyə məcbur oldu”, - Cəfərli qeyd edib.
“AzPolitika.info”


Şərhlər