“Dövlətin ailə siyasətinin tam mənzərəsini yaradan Məlumatın tərtibi, strukturu, yeni sahələri əhatə etməsi və mötəbər məlumat bazasına görə hörmətli Bahar Muradovaya təşəkkür edirik. Sənəd beynəlxalq hesabatlardan irəli gələn öhdəliklərə dair cavabları da özündə əks etdirir. Dövlət Komitəsi tərəfindən həyata keçirilən siyasətin ötən illərdə daha da təkmilləşməsi, sahəvi qurumlar arasında koordinasiyası və mediaya açıqlıq, yüzlərlə yardım, maarifləndirmə və dəstək tədbirləri yüksək alqışa layiqdir”.
“AzPolitika” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Milli Məclisdə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatı”n müzakirəsi zamanı deyib.
Z.Oruc daha sonra bildirib:
“İlk növbədə, erkən nikahlarla bağlı məsələyə bir daha diqqəti cəlb etmək istərdik. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Mılumatının müzakirəsi zamanı çıxışımızda yer almışdı. Xatırlatmaq istərdik ki, DİN Baş İdarəsi tərəfindən 293 erkən nikaha cəhdin qarşısının alınması ilə faktını bir daha qabartmaqla yanaşı, valideynlər və orta əsri-arxaik ənənələri əldə əsas götürmək istəyən qüvvələrin təhriki ilə artıq qurulan erkən yaşlı qızlarla ailələrdə doğulan uşaqların sayı hamımızı dərindən narahat etməlidir. Dövlət Statistika Komitəsinin bir daha rəsmi məlumatına xatırlatmaq yerinə düşər: 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşaq olub”. Ona görə də nikah yaşı ilə bağlı mövcud qanunumuzda əksini tapan norma faktiki uşaq istsimarı kimi ən ağır cinayətlərə yol açır. Təsəvvür edin, özü uşaqkən ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf müqabilləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdilər. Ona görə də təklif edirik ki, məlum norma qanunvericilikdən çıxarlsın.
İkincisi, boşanmalarla bağlı Məlumatda yer alan təhlillərin üzərində dayanmağı vacib sayırıq. İlk baxışda, təkcə son iki ildə, yəni, 2022-ci il üzrə 16 minə, 2023-cü ildə isə 22 minə yaxın olması, birlikdə 38 minə yaxın boşanma faktı səthi yanaşdıqda yanlış qənatələr yaradır, azərbaycanlı ailə modelinin kəskin aşınmaya məruz qaldığını nümayiş etdirir. Halbuki ölkə başçısının daim vurğuladığı kimi, köklü ailə dəyərlərinin qorunmasının vacibliyi, xarici basqılar qarşısında dayana bilməsi, Qərbin gender bərabərliyi adı altında özünün, yaxud yad modellərinin ixracının qarşsıının alınması zərurəti hər birimizin həyat düsturudur. Lakin daha obyektiv təhlillər tamam fərqli mənzərə yaradır. Belə ki, son 10 ildə boşananların ümumi sayı 138 min təşkil etdiyi halda biz onun digər indikatorlar vasitəsilə əsaslanmadığı görünürük. Yəni, kim deyə bilər ki, saxta evliliklər kimi, fake boşanmalar qeyd olunan qorxunc statistikada özünü göstərmir.
Bəs həqiqi və dürüst mənzərəni necə ortaya çıxarmalı?
Hesab edirik ki, sözügedən sahədə daha peşəkar fəaliyyəti həyata keçiriən və ailə münahisələri sahəsində ağırlığı öz üzərinə götürən, dövlət maliyyələşməsi olmadığı halda kiçik ödəmələr hesabına ailə kimi müqəddəs institutun qorunması ilə bağlı fədakar tədbirləri həyata keçirməsi boşanma statistikaları sahəsində də bir sıra qanunsuz maraqlardan irəli gələn faktların nəzərə alınmasını bizdən tələb edir. Belə ki, saxta boşanmalar kütləvi hal almaqdadır. Onun səbəbləri üzərində indi dayanmaq istəmirik, çünki gerçək məqsədlərin göstərilməsi xalqımızın əleyhinə platformalarda istifadəyə rəvac verə bilər. Lakin həqiqət ondan ibarətdir ki, vətəndaşlarımızın müxtəlif niyyətlərlə süni, gerçək olmayan ayrılmaya getməsi, reallıqda təsdiqini tapmayan nikahın pozulması faktlarının, qərarlarının qarşısının alınması üçün müvafiq Hökumət qurumları ilə birgə tədbirlərə ehtiyac var. Qapalı müzakirlərdə biz Mediasiya Şurası tərəfindən verilən mötəbər məlumatları təqdim edərək onun müzakirəsində yaxından iştiraka hazırıq. Xatırlatmaq istərdik ki, xalqımızın son 100 illik tarixində ən az boşanma ikinci dünya müharibəsindən sonra olub-cəmi 310 nəfər.
Beləliklə, gerçək borşanmaların üzərindən çıxış edərək, tam əminliklə deməyə bilərik ki, azərbaycanlı ailələrin qorunur, möhkəmdir və millətimizin, dövlətimizin sarsılmaz əsası kimi öz bütövlüyünü saxlayır. Bir daha o fikri ayrıca vurğulayaq ki, 30 ildən sonra qazandığımız parlaq Qarabağ Zəfəri, ərazi və suverenlik bütövlüyü, həm də “qaçqın və məcburi köçkün ailələr” məfhumunu tarixə qovuşdurmaqla, gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən, öz isti evini, ocağını və şəxsi həyatını qurub-yaradan, bir daha o yurdları tərk etməyən bütöv azərbaycanlı ailələr deməkdir. Ona görə də təmsil etdiyim Mərkəzin keçirdiyi tədbirdə irəli sürdüyümüz təklifi parlament tribunasından da səsləndirmək istərdik. Belə ki, Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə günü” olmalıdır. Çünki hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir. Ölkəmizin müdafiə qabiliyyətini formalaşdıran, müasir hərbi texnologiyaları hərəkətə gətirən və sosial rifahı təmin edən qüvvə məhz ailə təsisatıdır. Onun sarsılmazlığı, bütövlüyü və müqəddəsliyi sərhədlərinin qorunması qədər vacibdir. Gəlin, bütün virtual şəbəkələrdə paylaşılan və 44 günlük müharibədə azərbaycanlı ailəsinin bənzərsiz mənzərələrini, qəhrəmanlıq tablolarını əks etdirən bir sətirlik hekəyələri yenidən xatırlayaq:
Həyat yoldaşının cansız cismini zərif çiyinlərində daşıyan qadın,
Əli, qolu olmaya- olmaya “mən Vətən üçün heç nə edə bilmədim”, deyən qəhrəman,
Ürəyində qəlpə ola-ola “canım qurban bu Vətənə”, deyən əsgər,
Oğlunun məzarında “Xocalının qisasını almısan, buna görə ağlamıram” deyən ana,
Can verəndə “qızım üçün darıxıram”, deyən əsgər,
Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana,
Hospitalda can verərkən “axı niyə Şuşanı görmədim”, deyib Suqovuşanda yaralanan döyüşçü,
Oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul", deyən ana,
Hər qızının bir oģlunu, 2 şəhid nəvəsini Vətən sag olsun deyərək, dəfn edən nənə və Baba,
44 günlük müharibədə iştirak etdiyini yalnız müharibə bitdikdən sonra valideynlərinə xəbər verən oğul,
Şəhid övladını dəfn edərkən məzarlıqda ikinci oglunun da ölüm xəbərini alan, “yeganə təsəllim Qarabagın büsbütün ermənilərdən azad olunması ola bilər” deyən , eyni gündə iki oglunu şəhid verib tək qalan ana,
Evini itirən, oğlunu, gəlinini, iki nəvəsindən birinin cəsədini dağıntılar altından çıxaran və digərini axtara-axtara "Vətən sağ olsun", deyən gəncəli Ana və sair.
Gördüyünüz kimi, bir cümləyə yerləşən, lakin bir ölkəyə sığmayan qəhrəmanlıq hekəyələrini yaradan ata və oğullar, ana və qızların hamısı vahid bir ailənin övladlarıdır! Dünyada bərabəri görünməyən azərbaycanlı ailələrin səlnaməyə çevrilən müharibə tarixidir. Lakin müasir kommunaksiya əsrində ən böyük sual budur: ”biz nə qədər parlaq nümunələri kütlkəviləşdirə, tirajlaya, onu simvollara çevirə bilmişikdir”dir.
Bir daha Məlumatın özündə ehtiav etdiyi mühüm işləri təqdir edir, onu müsbət qiymətləndirdiyimizi bildiririk”.
“AzPolitika.info”

Şərhlər
AILENIN DOLANIŠIGI YOXDUR AXI .......
Bir bu qalmışdı don geyindirmədiyin, buna da geyindirdin...sən hardan bilirsən ki, saxtadır, saxta deyil, hansı sosial tədqiqatı apardın, nəyə əsaslanır san?! Tutduğum qoltuğun gərəyi olaraq, gərək heç bir fikri havadan söyləməyə sən, arxasında fakt, elm dayansın
Əvvəlcə ədalətli Ailə məcəllən olmalıdır, sonra bu Məcəllə ilə ailə problemlərini həll etməlisən. Bunun üçün məhkəmələrin müstəqil və ədalətli olmalıdır. Yalnız bundan sonra ağız dolu danışdıgın Milli Ailə gününü qeyd etməyə haqqın çatar!
cavanlar ailə qura bilmir,quranlar da boşanırlar. Səbəb isə trilyonlar gələn ölkədə maddi çətinlik.muillət pis gündədir. Millətimizi bu yolla və başqa müxtəlif yollarla hansısa qara qüvvələr məhvə aparır
Alimenti qanundakı kimi ata-ana arasında yarı bölün, övladın birini də ataya ferin. Görün boşanmalar necə azalır.
Heç ailə qura-toy edə bilirik ki boşanaq da. ALLAH belanızı versin, Əksər Qaçqın ailəsinin 3,4 evi var, yenə də sosial ya ev almaq üçün boşanırlar. Yerli camaata baxan yoxdur, sərhəd açın cəhənnəm olub gedək fəhləliyə
analitik olub bu da....