Menu

"Xarkov və Sumı bölgələrini qorumaq üçün F-16-lara ehtiyac var" - Hərbi ekspert

24.05.2024, 16:40
"Xarkov və Sumı bölgələrini qorumaq üçün F-16-lara ehtiyac var" - Hərbi ekspert

Xarkov və Sumı bölgələrini qorumaq üçün təkcə “Patriot” deyil, həm də “F-16” döyüş təyyarələri lazımdır.

“AzPolitika” xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Petr Çernik deyib.

Onun fikrincə, təkcə “Patriot” sistemləri ilə Xarkov və Sumı vilayətlərinin əhalisini rus hücumlarından qorumaq mümkün olmayacaq.

Çernik izah edib ki, indi ruslar Ukrayna ərazilərini təyyarələrlə bombalayır və təkcə “Patriot”la bu tip hücumların qarşısını almaq mümkün olmur.

“Düşmənin bombardmançılarını məhv etmək üçün F16-lara sahib olmaq lazımdır”, - deyə o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol