Menu

NATO Baş katibindən çağırış - "Bu barədə düşünməyin vaxtı çatıb"

25.05.2024, 17:22
NATO Baş katibindən çağırış - "Bu barədə düşünməyin vaxtı çatıb"

NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynaya silah verən alyansın üzvlərinə çağırış edib.

“AzPolitika” xəbər verir ki, o, “Tehe Economist” dərgisinə müsahibəsində müttəfiqləri Rusiya ərazisindəki hərbi obyektlərə hücum üçün həmin silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

“Müttəfiqlərin Ukraynaya tədarük edilən silahlardan istifadəyə qoyduğu bəzi məhdudiyyətləri aradan qaldırmaq barədə düşünməyin vaxtı çatıb.

Xüsusilə indi, sərhəddən çox da uzaq olmayan Xarkovda şiddətli döyüş əməliyyatları aparılarkən, bu silahların Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı istifadəsinə qadağa qoyulması Ukraynanın müdafiəsini xeyli çətinləşdirir”, - NATO Baş katibi bildirib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol