Menu

"Prezidentin imzaladığı əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir" - Ombudsman

26.05.2024, 12:13
"Prezidentin imzaladığı əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir" - Ombudsman

Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, Azərbaycanın dövlətçiliyi tarixində ənənəvi olaraq bayramlar ərəfəsində Prezident İlham Əliyev əfv sərəncamları imzalanır:

"Bu ilki əfv sərəncamı müstəqillik ili ərəfəsində imzalandı. Bu sayca 70-ci əfv sərəncamıdır. Ümumilikdə, 154 məhkuma şamil edilib. Bu münasibətlə Prezidentə təşəkkürümü bildirirəm. Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir. Bu sərəncam xarici ölkə vətəndaşlarına da şamil edilib. Onları və ailə üzvlərini təbrik edirəm".

Şərhlər

Ombudsmana 2024-05-26 13:09:53

Niyəə Azərbaycanda insanların cibinə polislətin narkotik atma halları,günahsız insanların həbs olunması və hətta saxta məhkəmə keçirib həbs edilmələri hallarını ambudsman görmür və əməli iş ortada yoxdur?Axı bu həqiqəti gizlətmək mümkün deyil.Bu hallar Azərbaycanda kürləvi hal almaqdadır.Ombudsman isə knatdan baxır.Niyə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol