Menu

"İspaniya Ukraynaya 1,23 milyard dollarlıq hərbi yardım göndərəcək" - Xarici KİV

27.05.2024, 11:27
"İspaniya Ukraynaya 1,23 milyard dollarlıq hərbi yardım göndərəcək" - Xarici KİV

İspaniya daha əvvəl elan edilmiş 1,23 milyard dollar dəyərindəki hərbi yardım paketi çərçivəsində Ukraynaya "Patriot" raketləri və "Leopard" tankları göndərməyi planlaşdırır.

"AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, hərbi yardım paketinin detalları Ukrayna Prezidenti Volodimir Zelenskinin İspaniyaya rəsmi səfəri zamanı açıqlanacaq.

Qeyd olunur ki, İspaniya Ukraynaya onlarla kritik “Patriot” zenit-raket kompleksi, Almaniya istehsalı olan 19 ədəd “Leopard” tankı, həmçinin İspaniya istehsalı olan digər silahlar, pilotsuz uçuş aparatları sistemləri və döyüş sursatları göndərəcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol