Menu

“Ukrayna qarşısında vədlərimizi yerinə yetirmirik” - NATO Baş katibi

27.05.2024, 16:55
“Ukrayna qarşısında vədlərimizi yerinə yetirmirik” - NATO Baş katibi

NATO baş katibi Yens Stoltenberq Alyans üzvlərini tənqid edib. O, deyib ki, NATO müttəfiqləri Rusiya işğalçılarına qarşı müharibədə Ukraynanın təcili müdafiə ehtiyaclarını artırmaq üçün verdikləri vədləri yerinə yetirmirlər.

“AzPolitika” xəbər verir ki, Stoltenberq bunu NATO Parlament Assambleyasının Sofiyadakı yaz sessiyasında çıxışı zamanı deyib: "Problem ondadır ki, son aylarda biz Ukraynaya vəd etdiyimizi çatdırmadıq. Birləşmiş Ştatlar yeni yardım paketini razılaşdırmaq üçün altı ay sərf etdi. Bir milyon döyüş sursatı vəd edən avropalı müttəfiqlər Ukraynaya bu qədər sursat sayına yaxın belə nəsə çatdırmayıblar”.

Alyansın baş katibi aprel ayında NATO müdafiə nazirlərinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdüyünü də xatırladıb. Həmin vaxt Zelenski xüsusilə Patriot və SAMP/T kimi qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə bağlı təcili ehtiyac olduğunu qeyd etmişdi: “Əlavə bir Patriot sistemi bağışlayan Almaniya istisna olmaqla, müttəfiqlər hava hücumundan müdafiə ilə bağlı vəd etdiklərini yerinə yetirməyiblər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol