Menu

İsraillə Misir hərbçiləri arasında gərginlik - Silahlı insident yaşanıb

27.05.2024, 17:59
İsraillə Misir hərbçiləri arasında gərginlik - Silahlı insident yaşanıb

Qəzzanın Rəfah şəhərində gərginliyin artması ilə birlikdə Misir və İsrail hərbçiləri arasında silahlı qarşıdurma baş verib.

"AzPolitika" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Misir əsgərlərinin açdığı atəşə cavab verdiyini açıqlasa da, hadisə ilə bağlı təfərrüatlarə bölüşməyib. Açıqlamada həmçinin İsrailin gərginliyi azaltmaq üçün Misir rəsmiləri ilə görüşdüyü bildirilib.

İsrail mediası isə hadisə nəticəsində bir Misir əsgərinin öldüyünü bildirib.

Xatırladaq ki, dünən gecə İsrailin Rafahda mülki şəxslərin toplaşdığı düşərgəyə hücumu nəticəsində 45 nəfər həlak olub.

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2024-05-27 22:35:12

Boş şeydir,çünki Misir prezidenti Sisini ABŞ özü hakimiyyətə gətirib "Müsliman qardaşları"nı devirərək.Dünən gecə İsrailin Rəfaha hücumu isə Beynəlxalq Məhkəmənin qərarına tüpürmək idi.Və 45 nəfər həlak olub demək azdır,45 nəfər diri-diri yanıb hücum nəticəsində.Netanyahu isə oriyer,senz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol