Maşın bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.
Xezerxeber.az-ın məlumatına görə, mərkəzin keçirdiyi monitorinqə əsasən, ucuzlaşma əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır. 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8,2 faiz azalıb.
Bəs bu tendensiya hansı müddətə qədər davam edəcək?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, bu proses gözlənilən idi.
Ekspertin fikrincə, ucuzlaşma tendensiyası davam edəcək.
Qeyd edək ki, Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin maşınların qiyməti dəyişməyib.
Ətraflı süjetdə:

Şərhlər
Ölkəmizdə 1991ci ildən demək olar ki, dünya aləminin yüksək səmərə üçün tətbiq etdiyi texniki-iqtisadi zərurətlər, aksiom-postulatlar belə sanki anlaşılmır və bəziləri ləğv də edilib? Avtomobillərin 80%nin resursu bitibsə, dəqiq metal(lom) tullantısıdır! Cəmi beş taksiçi tanıyıram ki, 10 ildir avtomobillərini dəyişəndə deyillər ki, il yarım işlət sənin olsun! Yarım ildən taksi metalloma dönür, taksiçi də qazanc əvəzinə borclu qalır? Resurs 10 il və hər il 10%i aşınır və on ildə sazlama-təmirlə belə başa vurur. Qiymət də elə hesablanmalıbır!? Ölkəmizə hansı istehsalçı avtomobil satır?