Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən ayrılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Bakupost.az" məlumat yayıb . Məlumata görə, o, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək. Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.
Bununla bağlı nazir Adil Kərimlinin əmr imzaladığı bildirilir.
Qeyd edək ki, Abbasbəyli Mustafa Aslan oğlu 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1996 - 2000-ci illərdə Xəzər Universiteti, 2000-2001-ci illərdə Türkiyənin Ege Universiteti, 2001 - 2003-cü illərdə isə Ankara Universitetində təhsil alıb.
2009-cu ildə dissertasiyasını müdafiə edib. Hüquq üzrə fəlsəfə doktorudur.

M.Abbasbəyli 2004 - 2014-cü illərdə Standard Insurance sığorta şirkətində bir sıra rəhbər vəzifələrdə çalışıb.
2014-2016-cı illərdə "ISR Auto/Toyota Baku” şirkətinin,
2016-2018-ci illərdə Beyli Group şirkətinin Baş direktoru vəzifəsində çalışıb.
2018-2019-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb.
2019-2020-ci illərdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
2 iyul 2020-ci ildən etibarən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri idi.

Şərhlər
Qaninda beylik var, kash ki, onu EESMN-ri teyin edeydiler ve imkan vereydiler bu sahede boyuk islahatlar aparsin, buna boyuk ehtiyac var!
İnsanın vəzifəsi təhslinə,iş stajına və bacarığına görə olmalı olduğu halda belə təyinatların faydasız olduğunu düşünən məsul şəxslər niyə ayılmırlar.