Belçika hökuməti QHT-lərin reaksiyasından sonra İsrailə silah ixracını dayandırıb.
“AzPolitika” xəbər verir ki, Belçikanın Valon bölgəsinin Baş naziri Elio di Ruponun sözçüsü Anais Manqon hökumətin müvafiq bölməsinin sözügedən narazığı nəzərə aldığını bildirib.
“Qəzzadakı vəziyyəti və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını nəzərə alaraq, Baş nazir tədbir görməyə qərar verib İsrailə silah ixracı qadağan edilib. Avropa Birliyinin ümumi hərbi texnika siyahısına daxil olan hər hansı hərbi texnika İsrailə verilməyəcək”, -deyə o qeyd edib.
“AzPolitika.info”


Şərhlər