Menu

ABŞ-ın Ermənistanda yeni səfiri Senat komitəsindən keçdi

05.12.2014, 14:02
ABŞ-ın Ermənistanda yeni səfiri Senat komitəsindən keçdi

ABŞ Senatının xarici əlaqələr komitəsi dekabrın 4-də Ermənistana səfir təyin olunan Riçard Millzin namizədliyini təsdiqləyib.

“Media forum” saytı xəbər verir ki, Millz hazırda ABŞ-ın Livandakı səfirinin müavinidir.

Millz əvvəllər ABŞ-ın Maltadakı səfirliyinin müvəqqəti işlər vəkili postunu tutub, Parisdə, Dublində, Londonda, Bağdadda, İslamabadda diplomatik xidmət keçib. O, həmçinin Dövlət Departamentinin konsul şöbəsində Azərbaycan və Ermənistan istiqaməti üzrə çalışıb.

Diplomatın fransız və rus dillərini bildiyi xəbər verilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol