Menu

"Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq" - Putin

28.05.2024, 18:26
"Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq" - Putin

Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesini İstanbuldakı dialoq zamanı qoyulmuş əsasda davam etdirməyə hazırdır.

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesindən heç vaxt imtina etməyib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin son danışıqları 29 mart 2022-ci ildə İstanbulun Dolmabahçe Sarayında baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol