Beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq, İsrailin fələstinlilərə qarşı zorakılığı davam edir və bu, Vaşinqtonda diplomatlar arasında gərginliyin getdikcə artmasına səbəb olur.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “The Washington Post” nəşrinin yayımladığı məqalədə bildirilir.
Nəşr ABŞ Dövlət Departamentində yüksək vəzifəli Steysi Gilbert adlı diplomatın dünən istefa verdiyini açıqlayıb. Qeyd edilib ki, Gilbert İsrailin Qəzzaya humanitar yardımı əngəlləmədiyini iddia edən ABŞ hökumətinin bu yaxınlarda dərc olunmuş hesabatı ilə fikir ayrılıqlarını əsas gətirərək istefa verib.
Xatırladaq ki, bundan əvvəl Dövlət Departamentinin yüksək rütbəli əməkdaşı Coş Paul, Vaşinqtonda insan haqları üzrə müvəkkil Anelle Şeline və Xarici İşlər Nazirliyinin ərəb sözçüsü Hala Rharitt də ABŞ-nin Qəzzada baş verənlərə səssiz qalması səbəbindən istefa vermişdi.
“AzPolitika.info”


Şərhlər