Menu

“F-16-lar gələn ay Ukraynada ola bilər” - "Təyyarələrin verilməsinin mənfi tərəfi də var"

29.05.2024, 16:37
“F-16-lar gələn ay Ukraynada ola bilər” -  "Təyyarələrin verilməsinin mənfi tərəfi də var"

"Belçika, nəhayət, Ukraynaya veriləcək “F-16” təyyarələrinin sayını açıqladı. Hollandiya, Danimarka və Norveçin də vədlərini nəzərə alsaq, ümumilikdə 85 ədəd “F-16” təyyarəsi Ukraynaya verilməlidir. Müxtəlif siyasi və hərbi bəyanatlar nəzərə alınmaqla, ilk təyyarələrin gələn ayın əvvəlində Ukraynaya verilməsi mümkündür”.

“AzPolitika” xəbər verir ki, bunu “Defense Express”-in tanınmış hərbi analitiki Sergey Zqurets deyib.

O, bununla belə qeyd edib ki, Ukraynaya döyüş təyyarələrinin verilməsinin mənfi tərəfi də var. 

Ekspertin sözlərinə görə, Belçikada artıq onun təyyarələrinin Rusiya hava məkanında düşmən hədəflərini məhv etmək üçün istifadə edilməməsi barədə danışmağa başlayıblar: “Yəni, bu ölkə bizi qıcıqlandıran məhdudiyyətlərdən, xüsusən də Rusiya Federasiyasının ərazisində yerləşən obyektlərə qarşı Qərb silahlarından istifadə edilməməsindən danışır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol