ABŞ-ni hərbi müdaxilədən çəkindirəcək gücə sahibik.
“AzPolitika” xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
“Silahlı qüvvələrimiz Koreya yarımadasında böhran baş verəcəyi təqdirdə ABŞ-ni hərbi müdaxilədən çəkindirə biləcək real hərbi gücə malikdir. Cənubi Koreyanın əsas hücum qüvvələrini, infrastrukturunu və komandanlıq sistemlərini məhv etmək üçün kifayət qədər hərbi qüvvəmiz var”,-deyə o qeyd edib.
Kim Çen In bəyan edib ki, əsas məqsədləri Şimali Koreya dövlətinin suverenliyini etibarlı şəkildə müdafiə etmək üçün strateji gücə çevrilməkdir. O, ölkəsinin silahlı qüvvələrinin gücünü maksimum səviyyəyə çatdırmaqla bağlı çağırış edib.
“AzPolitika.info”


Şərhlər