Menu

"İsrailin qaçqın düşərgəsinə hücumu nəticəsində azı 200 nəfər həlak olub" - BMT rəsmisi

29.05.2024, 18:08
"İsrailin qaçqın düşərgəsinə hücumu nəticəsində azı 200 nəfər həlak olub"  - BMT rəsmisi

İsrailin Rəfahdakı qaçqın düşərgəsinə hücumu nəticəsində azı 200 nəfər həlak olub.

“AzPolitika” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Culiette Touma deyib.

O, ölənlər arasında qadın və uşaqların da olduğuni diqqətə çatdırıb.

Mayın 6-dan sonra Qəzzanın cənubundakı Rəfahı 1 milyondan çox insanın tərk etdiyini bildirən Touma prosesin hələ də davam etdiyini bildirib.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələr mayın 26-da Rəfahda mülki fələstinlilərin oludğu çadır düşərgəsini bombalayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol