Menu

ASK-nın 1,64 milyon manatlıq şirkəti ləğv olundu

30.05.2024, 10:45
ASK-nın 1,64 milyon manatlıq şirkəti ləğv olundu

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin iki törəmə şirkəti birləşib.

İqtisadiyyat.az xəbər verir ki, "ASK Tütün" ləğv olunaraq "ASK Aqro"ya qoşulub.

Qoşulma nəticəsində "ASK Aqro" yenidən təşkil olunub.

Qeyd edək ki, "ASK Tütün" 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 648 675 manatdır. Dirrektoru isə Zamanov Nizami Əbdürəhim oğlu idi.

"ASK Aqro" isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 690 073.45 manatdır. "ASK Aqro"nun direktoru isə Kazımlı Mürşüd Aqil oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol