Menu

"Söyüş müxalifətinə dəstək verən məmurlar elə cəzalandırılmalıdır ki, görk olsun!" - Deputatın yazısı

30.05.2024, 11:22
"Söyüş müxalifətinə dəstək verən məmurlar elə cəzalandırılmalıdır ki, görk olsun!" - Deputatın yazısı

"Söyüşü də, şantajı da, siyasətə Əli Kərimov və onun ətrafındakılar gətirib. Bugünki söyüş müxalifəti də məhz Əli Kərimovun "xidmətlərinin" nəticəsidir".

Bu sözlər deputat Kamal Cədərovun "Söyüş müxalifətinə dəstək verən məmurlar elə cəzalandırılmalıdır ki, görk olsun!" başlıqlı yazısında yer alıb.

K.Cəfərov daha sonra yazır: "Tural Sadıqlı və digərləri də Əli Kərimovun əsasını qoyduğu xətlə gedirlər.

Xüsusilə xaricdə fəaliyyət göstərən söyüş müxalifətinin əsas sponsorları isə Azərbaycanın böyük zəfərini qəbul edə bilməyən, bu gün Qafqaz regionunu qarışdırmağa çalışan beynəlxalq təşkilatlardır.

Onlar Azərbaycana qarşı, Müzəffər liderimiz İlham Əliyevə qarşı, böyük zəfərimizə qarşı, şəhidlərimizin ruhuna qarşı olan bütün təşəbbüsləri maliyyələşdirirlər.

Onlara xidmət edənlər isə elə xalqımızın belində çıxan çibanlardır.

Son zamanlar hüquq-mühafizə orqanları onların ölkə daxilindəki şəbəkəsini və qeyri-qanuni əməllərini ifşa edib.

İndi mətbuatda məlumatlar gedir ki, bəzi məmurlar da həmin söyüş müxalifətinə maliyyə yardımı göstəriblər.

Səlahiyyətlərindən və kimliyindən asılı olmayaraq, bu cür məmurlar ən ağır formada cəzalandırılmalı və ifşa olunmalıdırlar. Şəxsi nüfuzunu Azərbaycanın milli maraqlarından və ali rəhbərliyindən üstün tutan istənilən məmur xəyanət içərisindədir.

Eyni zamanda hakimiyyət daxili məqsədlər üçün, rəqiblərini “vurmaq” xatirinə söyüş müxalifətindən istifadə edənlər, onlara məlumat ötürənlər, onları saxlayanlar da Əliyev irsinə xəyanət içərisindədilər.

Bu çirkin oyunda iştirak edən çibanlar, özünü “ağıllı” hesab edən məmurlar elə cəzalandırmalıdır ki, görk olmalıdır. Bir də heç kim bu cür xəyanətə cəsarət etməsin".

Şərhlər

Mubariz 2024-05-30 11:26:23

AzPolitika , sağ olun ,belə bir deputatın da varlığından bizi xəbərdar etdiniz ,yerin məlum Əhəd Əbiyev

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol