Menu

Ukrayna Kerç şəhərini ATACMS-larla vurdu – Bərələr, maşınlar və dəmir yolu zədələnib

30.05.2024, 11:32
Ukrayna Kerç şəhərini ATACMS-larla vurdu – Bərələr, maşınlar və dəmir yolu zədələnib

Rusiyanın Krımdakı işğal administrasiyasının rəsmiləri bu gecə Ukrayna ordusunun Kerç şəhərinə hücum etdiyi barədə açıqlama yayıb.

Nəqliyyat naziri” Nikolay Lukaşenko “teleqram”da yazıb ki, vurulan raketlərin qalıqlarının düşməsi nəticəsində iki bərə, bir avtomobil və dəmir yolu zədələnib.

“Dənizçilər və mülki şəxslər arasında itki yoxdur”, - o, qeyd edib.

Kerç sakinləri gecə saatlarında şəhərdə 20-yə yaxın partlayış səsi eşitdiklərini bildiriblər. “Astra” teleqram kanalı yazır ki, hücum zamanı Krım körpüsündə nəqliyyatın hərəkəti təxminən bir saat dayandırılıb.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində Azov dənizi üzərində Amerika istehsallı səkkiz ATACMS operativ-taktiki raketinin, Qara dəniz sahilləri yaxınlığında isə səkkiz pilotsuz təyyarə və iki pilotsuz katerin vurulduğunu açıqlayıb.

Bundan əlavə, Müdafiə Nazirliyi məlumat yayıbki, səhər saat 7 radələrində Krasnodar diyarı ərazisində beş pilotsuz təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Novorossiyskdə hava həyəcanı elan edilib.

Son iki həftə ərzində Rusiyanın işğal etdiyi Krım yarmadasındakı hərbi hədəflər Ukraynanın ABŞ-dan aldığı ATACMS raketləri ilə bir neçə dəfə vurulub. Mayın 15-də Rusiya Müdafiə Nazirliyi yarımadanın ərazisi üzərində on ATACMS raketinin məhv edilməsi barədə məlumat verib.

Ertəsi gün Rusiya ordusu beş ATACMS raketinin vurulduğunu bildirib. Nazirlik zərbələrin digər təfərrüatlarını açıqlamayıb. Sonradan məlum olub ki, Belbek hərbi aerodromuna iki dəfə hücum edilib, nəticədə üç qırıcı və bir yanacaq anbarı məhv edilib. Mayın 24-də Simferopol vilayətində raket hücumu zamanı iki nəfər həlak olub.

Ukrayna ordusu zərbələrlə bağlı heç bir şərh verməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol