Menu

Ağalı kəndinin ikinci fazası üzrə 70 milyonluq layihənin icrasına başlanılır

30.05.2024, 14:38
Ağalı kəndinin ikinci fazası üzrə 70 milyonluq layihənin icrasına başlanılır

Zəngilan rayonunun Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və Ağalı kəndinin ikinci fazasının yenidənqurulması layihəsi çərçivəsində tikinti işlərinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara start verib.

70 milyon manata icra olunacaq layinəni "AS İNŞAAT" şirkəti həyata keçirəcək.

Layihə çərçivəsində 243 fərdi yaşayış evinin, 2 ədəd ikimərtəbəli inzibati binanın və 3 ədəd üçmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol