Menu

Beynəlxalq kibercinayətkar dəstənin biri üzü Ermənistanda yaxalandı

30.05.2024, 16:14
Beynəlxalq kibercinayətkar dəstənin biri üzü Ermənistanda yaxalandı

Beynəlxalq kibercinayətkarlara qarşı keçirilən iri əməliyyat nəticəsində Ukrayna və Ermənistanda 4 nəfər həbs edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Avropa İttifaqının hüquq-mühafizə orqanı (“Europol”) məlumat yayıb.

Qeyd olunur ki, 100-dən çox internet serverinə hücum edilib, nəticədə minlərlə insan zərər çəkib. “Evropol” mayın 27-29-da həyata keçirilən xüsusi əməliyyatları “qəsb viruslarının yayılmasında mühüm rol oynayan botnetlərə qarşı tarixdə ən böyük əməliyyat” adlandırıb.

Brüssel hesabatına görə, həbslərdən biri Ermənistanda, digər üçü isə Ukraynada həyata keçirilib. Şübhəlilərin kimliyi və milliyyəti barədə məlumat verilmir.

Müstəntiqlərin fikrincə, əsas şübhəlilərdən biri qəsb proqramları üçün kriminal infrastruktur saytlarını icarəyə götürməklə kriptovalyuta ilə ən azı 69 milyon avro qazanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol