Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gələrsə, Ağ Ev məşhur milyarder İlon Maska məsləhətçi vəzifəsi üzrə təklif göndərəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.
Bir neçə anonim mənbəyə əsaslan xəbərdə qeyd olunur ki, bir müddətdir münasibətləri yaxşı olmayan Tramp və Mask mart ayından bəri telefon vasitəsilə danışıqlar aparırlar. Qeyd olunub ki, Mask və Tramp mart ayında daşınmaz əmlak milyarderi Nelson Peltsin evində görüşüblər. O vaxtdan bəri onların immiqrasiya, texnologiya və elm, eləcə də ABŞ Kosmik Qüvvələrinin inkişafı məsələlərini müzakirə etdiyi, baxış və maraqlarının uyğunlaşdığı vurğulanıb.
Mask haqqında danışan Tramp iş adamı ilə münasibətlərinin yaxşı olduğunu deyib: “Mən onunla illər boyu dost idim. Prezident olanda ona kömək etdim”.
“AzPolitika.info”


Şərhlər