Menu

Qazaxda gənc oğlan, İmişlidə kişi özünü asdı

31.05.2024, 09:24
Qazaxda gənc oğlan, İmişlidə kişi özünü asdı

Qazax və İmişli sakinləri evlərində ölü aşkarlanıb.

Qazaxın Orta Salahlı kənd sakini, 1997-ci il təvəllüdlü Əhliman Omarov yaşadığı evin çardağında asılmış vəziyyətdə aşkar edilib.

Bundan başqa İmişli rayonu Qızılkənd sakini, 1975-ci il təvəllüdlü Akif Gülmalıyev yaşadığı evin tövləsindən asılı vəziyyətdə tapılıb.

Hər iki şəxsin intihar etdiyi ehtimal edilir.

Faktlarla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol