Mayın 31-nə keçən gecə Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Krasnodar diyarına kütləvi dron hücumu həyata keçirib.
“AzPolitika” xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev “Telegram” hesabından paylaşım edib.
O, hücum nəticəsində Temrük bölgəsində yerləşən neft anbarının zədələndiyini, tərkibində neft məhsulları olan üç çənin yandığını bildirib.
“Təəssüf ki, neft anbarının işçiləri arasında itkilər var, qalan işçilər təxliyə edilib”, - deyə qubernator bildirib.
“RİA Novosti”-nin məlumatına görə, neft bazasında baş verən yanğın söndürülüb.
“AzPolitika.info”


Şərhlər