Menu

“Putin uzun müddət bizi qorxudub, amma...” - NATO Baş katibindən cəsarətli açıqlama

31.05.2024, 15:55
“Putin uzun müddət bizi qorxudub, amma...” - NATO Baş katibindən cəsarətli açıqlama

Rusiya 2022-ci ildən Qərbi Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığa görə “eskalasiya” ilə hədələyir, lakin bu təhdidlər həyata keçirilməyib və onların heç bir əsası yoxdur. 

“AzPolitika" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Praqadakı toplantıda deyib.

Baş katib Rusiyadan gələn təhdidlərdə prinsipial olaraq yeni bir şey olmadığını vurğulayıb: “Biz 2022-ci ildən Ukraynaya yardım göstəririk... Putin uzun müddət bizi qorxudub, hətta 2022-ci ilin fevralında işğaldan əvvəl bizi Ukraynaya kömək etməkdən çəkindirərək, bunun nəticələrinin olacağı ilə hədələyib. Odur ki, burada yeni heç nə yoxdur".

Baş katib Ukraynanın özünü müdafiə etmək üçün Rusiya ərazisini vurmaq haqqının olduğu barədə bəyanatını da təkrarlayıb: “Ukraynanın özünümüdafiə hüququ var (NATO silahları ilə) və bu, NATO-nu müharibənin iştirakçısı etmir".

Yens Stoltenberq həmçinin qeyd edib ki, eskalasiya baş verərsə, 2022-ci ildən bu yana dəfələrlə olduğu kimi, buna görə məsuliyyəti Rusiya daşıyacaq: “Rusiya eskalasiya ilə məşğuldur, Rusiya yeni cəbhə açaraq (Xarkov yaxınlığında) eskalasiyaya getdi. Bizim Ukrayna üçün qələbə vizyonumuz var. Bunun bir hissəsi Rusiya ilə bundan sonra nə edəcəyimizə dair qərar olacaq".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol