Polşa Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirir. Varşava Kiyev üçün 45-ci yardım paketini hazırlayır.
“AzPolitika” xəbər verir ki, bu barədə Pola xarici işlər naziri Radoslav Sikorski məlumat verib.
“Polşa Ukraynaya 44 yardım paketi göndərdi, indi biz 45-cisini hazırlayırıq. İnanırıq ki, biz təkcə hərbi yardım üçün 4 milyard avroya yaxın töhfə vermişik”, - nazir bildirib.
Bildirilib ki, yardım həm hərbi, həm də humanitar xarakter daşıyır.
“AzPolitika.info”


Şərhlər