Şəmkirdə 61 yaşlı kişini ildırım vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib.
Kənd sakini olan 1963-cü il təvəllüdlü Z.Musayevi evinin yaxınlığında ildırım vurub. 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki bundan əvvəl Gəncədə 24 yaşlı gənci ildırım vuraraq ağır xəsarət yetirib, Tovuzda isə 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb.
İldırımvurmadan daha bir ölüm hadisəsi də Şəmkirdə qeydə alınıb.Hadisə rayonun Zəyəm qəsəbəsi ərazində yerləşən əkin sahəsində baş verib.
Sahədə işləyən Diləfrüz Qurbanovanı ildırım vurub.
Qadın hadisə yerində ölüb.


Şərhlər