Menu

Rus ordusunun ən müasir tankı bu cür məhv edildi – VİDEO

01.06.2024, 11:46
Rus ordusunun ən müasir tankı bu cür məhv edildi – VİDEO

Vladimir Putinin “dünyanın ən yaxşısı” adlandırdığı Rusiyanın daha bir “T-90M Prorıv” tankı Ukrayna ordusu tərəfindən məhv edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə görüntüləri Ukaryna Ordusunun 47-ci briqadasının hərbçiləri yayımlayıb.

Qeyd olunur ki, Rusiya hərbi sənayesinin ən son və tərifli tankı olan “T-90 Prorıv” elə rus təyyarələrinin atdığı bombadan yaranan çalaya düşüb. Oradan çıxmağa cəhd etsə də, alınmayıb və tankın heyəti qaçmağa başlayıb. 

Buna baxmayaraq, heyət üzvlərindən birini yaralamaq mümkün olub. Tankın özü isə adi kiçik dronla məhv edilib. Hərbçilər yazır ki, “dəyəri bir neçə milyon dollar olan daha bir “T-90” 500 dollarlıq adi Çin PUA-sı tərəfindən məhv edildi".

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol