Menu

"İran Türkiyəyə təşəkkür edib" - Yaşar Gülər

01.06.2024, 11:39
"İran Türkiyəyə təşəkkür edib" - Yaşar Gülər

İran, prezident İbrahim Rəisinin qəzaya uğradığı helikoperin qalıqlarının tapılmasında göstərdiyi yardıma görə Türkiyəyə təşəkkür edib.

“Report” xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.

Qeyd edək ki, helikopterin qalıqlarının Türkiyəyə məxsus pilotsuz uçuş aparatlarının tapdığı xəbəri yayılsa da, İran Baş Qərargahı onlara məxsus PUA-larının qalıqları tapdığını açıqlayıb.

Nazir "Hürriyet" qəzetinin əməkdaşının bununla bağlı sualına "İran bizə təşəkkür etdi” deməklə kifayətlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol