Menu

Fransa İsrail şirkətlərinin silah sərgisində iştirakını qadağan edib.

01.06.2024, 13:45
Fransa İsrail şirkətlərinin silah sərgisində iştirakını qadağan edib.

Fransa Qəzzada apardığı işğalçı əməliyyatlara görə İsrailin silah istehsalçılarına dünyanın ən böyük silah sərgilərindən biri olan “Eurosatory”də iştirakını qadağan edib.

"Fransa Prezidenti Emmanuel Makronun İsrailin Rəfahdakı əməliyyatlarını dayandırmağa çağırdığı bir vaxtda, İsrail şirkətlərini Fransadakı sərgidə qarşılamaq doğru olmaz", - Fransa Müdafiə Nazirliyinin rəsmisi bildirib.

"Fransa Prezidentinin bəyanatlarına uyğun olaraq, Qəzza xalqının müdafiəsini, bütün girovların azad edilməsini və humanitar yardıma tam çıxışı təmin etmək üçün təcili olaraq atəşkəsə ehtiyacımız var", - Fransanın bəyanatında qeyd olunur.

Bu həftənin əvvəlində Makron da daxil olmaqla Avropa Birliyi liderləri İsrailin Rafahdakı qaçqın çadırlarına hücumunu pisləyib.

Qeyd edək ki, işğalçı İsrail ordusunun hücumları nəticəsində hər gün çoxu uşaq olmaqla onlarla fələstinli həlak olur.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol