Menu

Azərbaycanlı alim Moskvada beynəlxalq konqresdə iştirak edıb - FOTOLAR

01.06.2024, 16:15
Azərbaycanlı alim Moskvada beynəlxalq konqresdə iştirak edıb - FOTOLAR

May ayının 15-17 tarixində Rusiyanın paytaxtı Moskva şəhərindəRusiya Azad İqtisadçılar Cəmiyyətinin Beynəlxalq komitəsi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisad fakültəsi, S.V.Vitte adına Yeni Sənaye İnkişafı İnstitutu, “Siyadi iqtisadın məsələləri” jurnalı tərəfindən təşkil olunmuş “Rusiya iqtisadi sistemi: ziddiyyətlər və inkişaf potensialı” mövzusunda VI Moskva Akademik İqtisadi Forumu (MAİF-2024) keçirilib. 

Forum çərçivəsində keçirilən A.V.Buzqalin adına VIII Beynəlxalq Siyasi İqtisad Konqresində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi və texnoloji” elmlər kafedrasının professoru, iqtisad elmləri doktoru Babayev Əlican Pirican oğlu da iştirak edib.

Konqres müasir dövrdə siyasi iqtisadın bir sıra aktual problemlərinin elmi müzakirəsinə həsr olunub:

1.Rusiya XXI əsrin qlobal transformasiyaları kontekstində: siyasi-iqtisadi təhlil;

2.Müasir Rusiyanın sosial-iqtisadi inkişafı problemlərinin həlli yollarının axtarışında: siyasi iqtisadın potensialı;

3.Siyasi iqtisad və iqtisadi siyasət: planlaşdırma Rusiyanın iqtisadi və texnoloji suverenliyini təmin edən amil kimi;

4. İnsan. Cəmiyyət. Dövlət: yeni reallıqda eko-sosial-humanitar yönümlü inkişaf potensialı;

5. Rusiya iqtisadi modelinin bu günü və gələcəyi: siyasi-iqtisadi şərh;

6. Rusiyada iqtisadi təhsil: heterodoks iqtisadi nəzəriyyənin əsas istiqamətlərinin potensialı;

7. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində siyasi iqtisad: tarix və müasirlik (MDU-nun siyasi iqtisad kafedrasının 220 illik, N.A.Tsaqolovunanadan olmasının 120 illik, V.N.Çerkovetsin anadan olmasının 100 illik, A.V.Buzqalinin anadan olmasının 70 illik yubileyləri münasibəti ilə).

Konqresin “M.V.Lomonosov adına Moskva Dövlət Universitetində siyasi iqtisad: tarix və müasirlik – Mockva Dövlət Universitetinin “Siyasi İqtisad” kafedrasının 220 illik, N.A.Tsaqolovunanadan olmasını 120 illik, V.N.Çerkovetsin anadan olmasının 100 illik, A.V.Buzqalinin anadan olmasının 70 illik yubileyləri münasibəti ilə” plenar içlasında prof. Ə. P.Babayev “Siyasi iqtisada sadiqilik: V.N.Çerkovetsin elmi və pedaqoji fəaliyyəti haqqında” adlı məruzə ilə çıxış etmişdir.

Forumun və konqresin proqramı, foto və video materialları ilə bu linkdə tanış ola bilərsiniz: https://maef.veorus.ru

https://cloud.mail.ru/attaches/1717135210202943342...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol